Növbədənkənar prezident seçkiləri keçirən Qazaxıstan siyasi islahatlar prosesinə başlayır".
ANmedia.az xəbər verir ki, bunu Qazaxıstan Məclisinin deputatı Aydos Sarım seçkilərin nəticələrini şərh edərkən deyib.
“Bazar günü Qazaxıstanda seçkilər keçirildi. Bu seçkilər konstitusiyaya əhəmiyyətli dəyişikliklər etdiyimiz tarixi iyun referendumun davamı oldu”, - o bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri islahatlara doğru ilk addım oldu, növbəti ilin yazında isə Məclisə və yerli nümayəndəlik orqanlarına seçkilərin keçirilməsi planlaşdırılıb.
Deputat vurğulayıb ki, yeni seçilmiş prezident Kasım-Jomart Tokayev öz proqramında Milli Fondun investisiya gəlirlərinin yarısının hər il 18 yaşına çatana qədər uşaqlar üçün nəzərdə tutulmuş xüsusi əmanət hesablarına köçürülməsi ideyasını irəli sürüb. Yetkinlik yaşına çatdıqdan sonra yığılan məbləğlər mənzil və təhsil almaq üçün istifadə olunacaq.
A.Sarım iyun referendumunda ölkənin təbii sərvətləri ilə bağlı qanuna dəyişiklik edildiyini nəzərə çatdırıb: “Əvvəllər Qazaxıstanın təbii sərvətlərlərinə sahiblik hüququ dövlətin əlində olsa da, hazırda sahiblik xalqa məxsusdur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin