ANmedia.az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya və Türkiyənin Suriyadakı vəziyyətə və məhz həmin Soçi memorandumu üzrə öhdəliklərinin yerinə yetirilməməsinə dair yanaşmalarında müəyyən nüanslar var. Bu nüanslar, hətta fikir ayrılıqları da iki Prezident tərəfindən dəfələrlə müzakirə olunub", - deyə Peskov Kremlin Türkiyə Prezidentinin Rusiyanın 2019-cu il razılaşmasına əsasən, Suriya bölgələrini YPG/PKK silahlı qruplaşmalarından təmizləmək öhdəliyini yerinə yetirməməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Türkiyə ilə münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri bu fikir ayrılıqlarının açıq və konstruktiv müzakirəsinə imkan verir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin