Payız əkin mövsümü başlayandan bugünədək ölkədəki meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib.
ANmedia.az əbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, payız əkin planına uyğun olaraq bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 000 ağac əkilib, 1000 kiloqram toxum səpilib.“Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”,- deyə Cabbar Qəribov qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin