"Azəristiliktəchizat" ASC pilot layihə çərçivəsində qeyri-əhali istehlakçıları üçün 50-yə yaxın sayğacın quraşdırılmasını planlaşdırır.
ANmedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
“Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3 500-ə yaxın isti su sayğacı alınaraq quraşdırılmasına başlanılıb”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin