Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla indoneziyalı həmkarı Coko Vidodo arasında görüş olub.
ANmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətləri nəzərdən keçiriblər. Həmçinin rəsmi Ankara ilə Cakarta arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımları müzakirə edilib.
Xatırladaq ki, Ərdoğan G20 sammitində iştirak etmək üçün Balidə səfərdədir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin