ANmedia.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur: "Banklar da artıq kapital bazarında xidmətlər göstərə biləcəklər. Bu isə regionlarda həm emitentlərin, həm investorların kapital bazarında iştirakını daha da genişləndirəcəkdir. Bu istiqamətdə aktiv işlər aparılır".
S.İsmayılov əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətələrinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin