Bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.
Komitə sədri qeyd edib ki, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqla bağlı gələn ilin dövlət büdcəsindən 130 milyon manatın ayrılması həddindən artıq vacib məsələdir:
“Beynəlxalq səviyyədə aktivliyimiz daha da artırılmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və onların ətrafında olan qüvvələr Azərbaycana qarşı beynəlxaq səviyyədə cəbhə açıb. Təbii ki, deputatlarımız müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın haqlı mövqeyini izah etməklə məşğuldur. Gələn ilin dövlət büdcəsində bu məsələlərlə bağlı müəyyən vəsait də nəzərdə tutulur. Buna baxmayaraq bu sahədə işlərimizi daha da yüksək səviyyədə təşkil etməliyik. Həmçinin səfirliklərin sayı və xarici ölkələrlə əlaqələr genişlənməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanın xaricdə yeni səfirliklərin açılması ilə bağlı siyahıya yenidən baxaq. Araşdırmalıyıq ki, hansə ölkələrdə yeni səfirliklərin açılmasına ehtiyac var”.
***
“Azərbaycanın xaricdə yeni səfirliklərinin açılması məsələsi ölkə başçısının səlahiyyətləri çərçivəsində olduğundan bununla bağlı nəsə deyə bilmərəm”.
Bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.
Nazir yeni səfirliklərin açılması təkliflərini müsbət qiymətləndirib:
“Çünki Azərbaycanın beynəlxalq fəaliyyətinin artırılması zəruridir. Bunun üçün də yəqin ki, müəyyən xərclərə ehtiyac ola bilər”.
Mənbə: Report.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin