Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra ən böyük göstərici sayılır.
ANmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Tokioda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.
"İndi bu, təşkilatımız tərəfindən qeydə alınan ən yüksək rəqəmdir. Hazırda 400-ə yaxın həmkarımız Ukraynada işləyir", - Qrandi əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin