Çin 16 raket və bomba daşıya bilən uzaqmənzilli pilotsuz uçan aparatı təqdim edib
Bu barədə "South China Morning Post" məlumat yayıb.
Yeni "Wing Loong-3" pilotsuz təyyarəsi qitələrarası uçuş məsafəsi və havada hədəflərə hücum etmək qabiliyyətinə malikdir.
PUA ilk dəfə Çinin Çjuhay şəhərində (Quandun əyaləti) aviaşouda nümayiş etdirilib. Çin mediasının məlumatına görə, o, 16 raket və bomba daşıya biləcək və xüsusilə, ən son PL-10E hava-hava raketi ilə təchiz oluna bilər.
“Wing Loong-3” uzaq məsafədə kəşfiyyat və hava patrulları kimi əməliyyatlar həyata keçirə biləcək. PUA həm də atmosfer göstəricilərinin ölçülməsi, axtarış-xilasetmə əməliyyatları kimi mülki tapşırıqları yerinə yetirə bilər.
Çinin Aviasiya Sənayesi Korporasiyası əlavə edib ki, "Wing Loong-3"ün kütləvi istehsalına başlamaq üzərində işləyirlər.
Mənbə: Report.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin