ANmedia.az "Report"un Qarabağ Bürosunun məlumatına istinadən xəbər verir k, təşkil edilən bayram tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, kənd sakinləri, rayon ziyalıları, hərbçilər və məktəblilər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olan, Zəfər sevincini Azərbaycan xalqına yaşadan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hazırda kəndin mərkəzində incəsənət nümayəndələrinin iştirakı ilə Zəfər Gününə həsr olunan konsert proqramı keçirilir.
Bayram konsertində əsasən vətənpərvərlik mövzusunda mahnılar səsləndirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin