
Bakıda Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü başlayıb.
ANmedia.az Apa-ya istinadən xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan dövlət himni səsləndirilib.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilib.
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin