ANmedia.az “The Financial Express”ə istinadən xəbər verir ki, “Biznesin aparılmasının asanlığı” hesabatlarının dərci 2021-ci ilin sentyabrında dayandırılıb.
Dünya Bankının Vaşinqtondakı nümayəndəsi “The Financial Express”ə bildirib ki, yeni BEE hesabatı məhdud əhatəyə malik olacaq - ilk nəşrdə cəmi 40-50 ölkə: “İkinci və üçüncü hesabatlarda da elə bir o qədər ölkə əlavə ediləcək və gələcəkdə siyahı 120-150 ölkəyə çatacaq”.
Dünya Bankının 2020-ci il üçün "Doing Business" hesabatında 190 ölkə yer alıb və onlar biznesin açılması və bağlanmasının asanlığı, tikinti üçün icazələrin alınması, elektrik enerjisinə qoşulmaq üçün tələb olunan xərc və vaxt, əmlakın qeydiyyatı, sənədlərin sayı və ixrac və idxal üçün konteynerlərin orta qiyməti və müqavilələrin icrası kimi göstəricilərə əsasən sıralanıb.
“Ölkələr üzrə əhatə dairəsinin tədricən artması (yeni hesabatda) yeni qiymətləndirmə layihəsində təkmilləşdirmələrə uyğun olaraq metodologiyanın təkmilləşdirilməsi ilə müşayiət olunacaq”, - nümayəndə bildirib.
DB 2022-ci ilin fevral-mart aylarında BEE üçün ilkin konsepsiya qeydiyyatı üzrə fəal maraqlı tərəflərlə məsləhətləşmə prosesi keçirib. Nümayəndənin sözlərinə görə, donor və müştəri hökumətləri, vətəndaş cəmiyyəti, özəl sektor təşkilatları və akademik dairələr də daxil olmaqla, 410 rəy təminatçısından 2 000-dən çox şərh alınıb.
“Biz bu rəylərə və “Doing Business” hesabatının əvvəlki qiymətləndirmələri, o cümlədən daxili auditlər, xarici komissiyanın icmalı və IEG (Müstəqil Qiymətləndirmə Qrupu) hesabatı əsasında yeni hesabat üçün konsepsiya qeydini hazırladıq”, - o əlavə edib.
Bu konsepsiya qeydi sonradan bu ilin aprel-iyun ayları arasında Bank miqyasında nəzərdən keçirilib və rəhbərlik tərəfindən təsdiqlənib. “2023-cü ilin əvvəlində yeni BEE hesabatı üçün məlumat toplamağa başlamağı planlaşdırırıq”, - nümayəndə bildirib.
Yeni sistem əhatə dairəsinə görə daha geniş olacaq, çünki o, təkcə kiçik və orta şirkətləri deyil, ümumilikdə özəl sektorun inkişafı üçün biznes mühitinin kəmiyyət qiymətləndirməsini özündə ehtiva edir. Əsas diqqət qanunlar və qaydalar haqqında yalnız de-yure məlumatlardan deyil, həm də praktiki tətbiqi əks etdirən de-fakto ölçmələrdən istifadə etməklə normativ-hüquqi bazaya və mikroiqtisadi səviyyədə dövlət xidmətlərinin göstərilməsinə yönəldiləcək. “Enterprise Surveys” məlumat bazası bu baxımdan çox faydalı olacaq. İlkin konseptual sənədə əsasən, iqtisadiyyat və ya mövzu üzrə ümumi balların əldə edilməsi üçün bu göstəricilərin necə qruplaşdırılacağına dair hələ qərar verilməlidir.
Xatırladaq ki, Azərbaycan Dünya Bankının “Doing Business” hesabatının növbəti buraxılışını dayandırmaq qərarı verməsinə səbəb olan 4 ölkədən biri olub. Üstəlik, Çin və Səudiyyə Ərəbistanına münasibətdə reytinqlər həddən yüksək qiymətləndirilibsə, Azərbaycanın reytinqi 2018 və 2020-ci illər üzrə hesabat müəlliflərinin qərəzli münasibəti səbəbindən aşağı qiymətləndirilib. Bu barədə DB-nin bəyanatında deyilirdi.
Azərbaycan üzrə məlumatların “daxili auditi” hesabatdakı islahatların böyük əksəriyyətinin düzgünlüyünü təsdiqləyib. Buna baxmayaraq, islahatlar üç bənd üzrə “dondurulub” və ya “Doing Business 2020”nin yekun versiyasında nəzərə alınmayıb. Dəyişikliklər Azərbaycanın reytinqini demək olar ki 2 bal aşağı salıb və nəticədə ölkəni biznes və investisiya mühitinin yaxşılaşdırılması üzrə ən yaxşı göstəricilərə malik olanların siyahısından çıxarıb.
Bəyanatda deyilirdi ki, metodologiyaya son anda “minoritar investorların müdafiəsi” (PMI) ilə bağlı da dəyişiklik edilib və bu, Azərbaycanın qiymətləndirməsinə daha çox zərər vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin