ANmedia.az xəbər verir ki, Bosniya və Herseqovinada oktyabrın 2-də keçirilən ümumi seçkilərin rəsmi nəticələri açıqlanıb.
Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası (CIK) bu gün keçirilən iclasında kanton, qurum və milli səviyyəli parlamentlərə və Prezident Şurasının üzvlərinə seçkilərin rəsmi nəticələrini təsdiqləyib.
Seçkilərin yekun nəticələrinə görə, Bosniya və Herseqovina Prezident Şurasının bosniyalı üzvlüyünə 11 müxalifət partiyasının dəstəyi ilə Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviçi keçən Denis Becirovic seçilib. Müstəqil Sosial Demokratlar Alyansından, Bosniya Serb lideri Milorad Dodikin partiyasından (SNSD) namizədliyini irəli sürən Zelka Cvijanovic, Bosniya seçiciləri ilə yanaşı, Xorvatiya vətəndaşlarının da dəstəyini qazanan Demokratik Cəbhənin (DF) lideri Zeljko Komşiç seçilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin