“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.
Anmedia.az “Report”a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclər və idman, əmək və sosial siyasət, aqrar siyasət, regional məsələlər və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanlarının qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumunun və ƏDV-nin azaldılmasını, eləcə də işsizliyə görə verilən müavinətin artırılmasını təklif edib: “Bir çox ölkələrdə bu, minimum əmək haqqının 70-80%-i götürülür. Bu məsələyə baxılsa, daha yaxşı olar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin