"Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi müzakirə olunub".
ANmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin