2022-2023 tədris ilinin payız semestrində Təhsil Tələbə Kreditindən yararlanan tələbələrin statistikası açıqlanıb.
ANmedia.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Tələbə Krediti Fondundan xəbər verilib.
Bildirilib ki, ümumilikdə 2951 tələbəyə kredit verilib.
Onlardan 1161 nəfəri sosial, 1790 nəfəri isə standart təhsil tələbə krediti alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin