“MİDA” MMC “Ricon” MMC ilə müqavilə bağlayıb.
ANmedia.az xəbər verir ki, müqavilədə Cəbrayıl şəhərində 7,87 ha ərazinin şaquli planlaşdırılması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 248 592 manatdır.
Qeyd edək ki, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin