Bildiyiniz kimi, Medianın İnkişafı Agentliyi tərəfindən ildə iki dəfə media subyektlərinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələr elan edilir. Bu müsabiqələr həm “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həm də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
ANmedia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, müsabiqələrin məqsədi çap mediası və onlayn media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə kömək göstərilməsi, həmçinin Konsepsiyaya uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkil edilməsidir.
“Müsabiqə nəticələrinə əsasən, qalib gəlmiş media subyektlərinə maliyyə yardımının göstərilməsi 6 aylıq dövrü əhatə edir və artıq sonuncu müsabiqə üzrə maliyyələşmə dövrü yekunlaşmaq üzrədir. 2023-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımının göstərilməsi üçün müsabiqələrin təxminən noyabr ayının ortaları elan edilməsi planlaşdırılır”, -Səidə Şəfiyeva vurğulayıb.
Agentlik rəsmisi media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqə qaydalarında hansı yeniliklərin olması məsələsinə də aydınlıq gətirib. O diqqətə çatdırıb ki, bu il oktyabr ayının 14-də Media Reyestri fəaliyyətə başlayıb və bununla əlaqədar artıq “Media haqqında” Qanunun tələblərinin icrası istiqamətində yeni və mütərəqqi bir mexanizm formalaşıb: “Əlbəttə ki, Reyestrin fəaliyyətə başlaması müsabiqə qaydalarında müəyyən dəyişikliklərin edilməsinə hüquqi əsas yaradıb. Belə ki, qaydalara edilmiş dəyişikliyə əsasən, çap və onlayn media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqədə Media Reyestrinə daxil edilmiş media subyektləri iştirak edə biləcəklər”.
Səidə Şəfiyeva onu da bildirib ki, jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciəti könüllü xarakter daşıdığından onlara münasibətdə analoji tələb müəyyənləşdirilməyəcək

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin