Azərbaycanla Finlandiya arasında ticarətin və investisiyaların təşviqi müzakirə olunub.
ANmedia.az xəbər verir ki, bu məsələ ilə bağlı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahti ilə görüş zamanı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, tərəflər həmçinin Finlandiya ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, “Ağıllı sənaye” və “Ağıllı şəhər” sahələrində yüksək təcrübəyə malik Finlandiya şirkətləri ilə tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin