ANmedia.az APA-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti və ziyalılar iştirak ediblər. Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Zeki Öztürk Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 98-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Baş konsul bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bir birlərinə dəstək olublar. Konsul çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb.
Çıxış edən natiqlər Türkiyə Cümhuriyyət elan edilməsinin 98-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb. Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin