Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci toplantısının iştirakçıları Şuşa şəhərində səfərdədir.
ANmedia.az-in xəbərinə görə, səfər çərçivəsində TDT-yə üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanları arasında Niyyət Bəyannaməsi imzalanacaq.
Sənədə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsininn həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-yə üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum – TBRAF) yaradılması təklifi ilə çıxış ediləcək. Bununla bağlı isə TDT-yə üzv və müşahidəçi ölkələrin Media və İnformasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunacaq.
Daha sonra onlar Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin