ANmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin və Avropa İttifaqı üzv dövlətlərinin tərəfdaş qurumları olan Finlandiya, Litva və Fransanın birgə əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin aparıcı Üzv Dövləti Finlandiya Meteorologiya İnstitutu Litva Hidrometeorologiya Xidməti, Litva Respublikasının Ətraf Mühit Nazirliyi yanında Ətraf Mühit üzrə Layihələrinin İdarə Edilməsi Agentliyi və Fransanın su üzrə Beynəlxalq İdarəsi ilə əməkdaşlıq edir. Layihənin icrasına 1 sentyabr 2022-ci ildə başlanılıb və 24 ay müddətində həyata keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycanın, onun əhalisinin və iqtisadi sektorlarının iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılmasına dəstək və Milli Hidrometeorologiya Xidmətinin (MHX) xidmət göstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə 70-dən çox iştirakçı, o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Avropa İttifaqının, Fransa və Litvanın səfirləri, Azərbaycanın bir sıra özəl sektoruna aid olan şirkətləri, eləcə də beynəlxalq inkişaf üzrə tərəfdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Peter Mixalko və Finlandiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Ticarət üzrə müavini xanım Nina Vaskunlahtini tərəfindən açıq elan edilib.
Bu Tvinninq layihəsi Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha bir nümunəsidir. Hidrometeorologiya və iqlim sahəsindəki xidmətlər vətəndaşların gündəlik həyatı və iqtisadiyyatın ehtiyacları ilə bağlı mühüm alətlərdir və eyni zamanda, Aİ siyasətinin prioritetləri və onun xarici fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə mübarizə məsələsində əsas rol oynayır. 2019-cu ilin dekabr ayında Avropa İttifaqı liderləri 2050-ci ilə qədər Avropa İttifaqında iqlim neytrallığına nail olmaq barədə razılığa gəliblər. Bu o deməkdir ki, bu tarixə qədər istixana qazı emissiyalarımızı kəskin şəkildə azaldacağıq və xalis sıfır emissiya balansına nail olmaq üçün qaçınılmaz emissiyaları kompensasiya etməyin yollarını tapacağıq. Biz iqlim neytrallığına keçidi həm də iqtisadi artım, iş yerləri və texnoloji inkişaf baxımından bir fürsət kimi görürük. Biz yalnız tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyinin öhdəsindən gələ bilərik. Mən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühit və iqlim dəyişikliyinin qarşısının alınması sahəsində Avropa İttifaqının əsas tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirəm”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Peter Mixalko bildirib.
Layihə Rəhbəri, Finlandiya Meteorologiya İnstitutunun Ekspert xidmətləri üzrə rəhbəri cənab Harri Pietarila və Rezident Tvinninq Müşaviri xanım Ljubov Liman layihənin gözlənilən nəticələrini və məqsədlərini təqdim ediblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin