Dünya Bankı (DB) 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır.ANmedia.az xəbər verir ki, bu barədə DB-nin bəyanatında deyilir.
Eyni zamanda bəyanatda Avstraliyada kömürün, ABŞ-da isə təbii qazın qiymətinin son beş ilin orta göstəricisi ilə müqayisədə iki dəfə artacağının proqnozlaşdırıldığı bildirilib.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qurumun Avropa bazarında qazın qiymətlərini məhdudlaşdıra biləcək mexanizm yaratmaq üçün Avropa İttifaqı (Aİ) ölkələri ilə işləməyə hazırlaşdığını bildirmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








