
“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur”.
ANmedia.az xəbər verir ki, bunu AMEA-nın yeni prezidenti seçilən İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib.
"Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək", - AMEA prezidenti qeyd edib.
Deputatlıq mandatına gəldikdə isə İ. Həbibbəyli qeyd edib ki, hazırda bu, müzakirə mövzusu deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin