
ANmedia.az SOCAR-dan verilən məlumata istinadən xəbər verir ki, ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
“Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft, 898 mln. kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb”, - məlumatda qeyd olunub.Məlumata əsasən, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin