ANmedia.az xəbər verir ki, bu barədə iclas qanunverici orqanın saytında yayımlanıb.
Qazaxıstan və Türkmənistan arasında saziş 2021-ci ilin oktyabrında Aşqabadda imzalanıb.
Onun məqsədi Qazaxıstan və Türkmənistan arasında Xəzər dənizi üzrə dövlət sərhədinin xəttini müəyyən etmək, onların ərazi sularını və balıqçılıq zonalarının ona bitişik hissələrini müəyyən etməkdir.
Bu sazişlə tərəflər Xəzər dənizində iki ölkə arasında dövlət sərhədi xəttinin kursunu, onların ərazi sularının delimitasiyasını və balıqçılıq zonalarının bitişik hissələrinin demarkasiya xəttini müəyyən ediblər. Demarkasiya xətləri isə orta xətt prinsipi əsasında qurulur.
Bildirilib ki, sazişin ratifikasiyası yerin təkindən istifadə və su bioresurslarının ovlanması üzrə suveren hüquqların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaq, o cümlədən tərəflər arasında mehriban qonşuluq münasibətlərinin genişləndirilməsinə, Xəzər dənizinin əhəmiyyətini, siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin təmin edilməsinə xidmət edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin