Oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
ANmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Məlumata görə, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.
Yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.
Şimal-qərb küləyi Neftçalada 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin