ANmedia.az APA-nın İstanbul müxbiri xəbər inə istinadən verir ki, konfransda Azərbaycan Milli Məclisinin deputatları - ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iştirak edirlər.
Konfransda çıxış edən ATƏT Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri Selami Altınok dünyada baş verən enerji və qida böhranı fonunda təşkilata üzv ölkələr arasında əməkdaşılığın artırılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, son geosiyasi hadisələr enerji sahəsinə təzyiq göstərərək, qiymətlərin artmasına səbəb olub. Onun sözlərinə görə, bununla mübarizədə balanslaşdırılmış plan üzərində işləmək və alternativ qaynaqları axtarmaq, atom enerjisinin təhlükəsiz şəkildə istifadəsini təmin etmək lazımdır. Bundan əlavə, konfrans iştirakçıları İpək Yolu Qrupu ölkələri üçün Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, konfrans çərçivəsində İstanbul Bəyannaməsinin imzalanması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin