Noyabrın 8-də 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.
ANmedia.az BDU-nun Astrofizika kafedrasından APA-ya verilən xəbərə istinadən bildirir ki, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin