ANmedia.az xəbər verir ki, Bu barədə Rusiyanın Markswebb reytinq agentliyinin komanda rəhbəri Olqa Staseviç “Mobile Banking Rank Azerbaijan 2022″nin nəticələrini açıqlayarkən məlumat verib. O bildirib ki, siyahıda on bank yer alıb. Onların arasında “Kapital Bank”, “Unibank”, “Rabitəbank”, ABB, “Yello Bank” və başqaları yer alıb.
O.Staseviç bildirib ki, siyahıda növbəti yerləri tutan “Bank of Baku”, “Express Bank”, “Bank Respublika” və “Access Bank”ın ortaq cəhəti ondan ibarətdir ki, tətbiqlər təfərrüatlı əməliyyat tarixçəsi təqdim edə bilməyib: “Yəni, istifadəçinin ödəniş tarixçəsinə baxması daha çox istifadə edilən funksiyadır. Bu bankların mobil tətbiqlərində bunu etmək daha çətindir. Tarixçə ilə axtarış vasitələri azdır, yəni bəzən filtrlər olmur, məlumat axtarmaq və tapmaq üçün bir vasitə yoxdur”.
Ə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin