 Brüsseldə NATO-nun 14 üzvünün müdafiə nazirləri Avropanın ortaq hava və raketdən müdafiə sisteminin yaradılması barədə razılığa gəlib.
Brüsseldə NATO-nun 14 üzvünün müdafiə nazirləri Avropanın ortaq hava və raketdən müdafiə sisteminin yaradılması barədə razılığa gəlib.ANmedia.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Brüsseldə keçirilən iclasda NATO-ya üzv 14 ölkənin və Finlandiyanın müdafiə nazirləri “Avropanın Səma Qalxanı Təşəbbüsü”nün inkişafı üçün niyyət məktubu imzalayıblar. Almaniyanın rəhbərlik etdiyi təşəbbüs Avropa ölkələrinin hava hücumundan müdafiə avadanlıqları və raketlərinin ümumi alınması yolu ilə Avropanın hava və raketdən müdafiə sistemini yaratmaq məqsədi daşıyır.
NATO Baş katibinin müavini Mirça Coane bildirib ki, bu vacib öhdəlikdir.
"Biz Rusiyanın Ukraynada amansız və ayrı-seçkilik etmədən raket hücumlarının şahidi oluruq, bu hücumlar dinc əhalini öldürür və vacib kritik infrastrukturu məhv edir. Bu kontekstdə mən Almaniyanın "Avropanın Səma Qalxanı Təşəbbüsü"nün başladılmasında göstərdiyi liderliyini alqışlayıram. Bu Alyansın hava və raket təhdidlərindən müdafiə etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”, - o vurğulayıb.
NATO-nun 14 üzvü - Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Almaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Slovakiya, Sloveniya, Rumıniya, Böyük Britaniya niyyət məktubunu imzalayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








