“Rusiya-Ukrayna müharibəsində məqsədimiz çətinliklərə baxmayaraq, əldə olunan sürəti davam etdirmək və axan qanı tez bir zamanda dayandırmaqdır”.
ANmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.
O bildirib ki, ədalətli sülhə diplomatiya yolu ilə nail olmaq olar və müharibənin qalibi, sülhün isə məğlub tərəfinin olmadığını xatırladıb.“Müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində gərgin səylərimiz də bütün dünyanın rəğbətini qazanıb”, - Ərdoğan qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin