Gələn həftə Avropa Komissiyası yüksək enerji qiymətləri ilə mübarizə üçün yeni tədbirlər təklif edəcək.ANmedia.az xəbər verir ki, bu barədə Aİ-nin enerji üzrə komissarı Kadri Simson Praqada Aİ-yə üzv ölkələrin enerji nazirlərinin görüşündən əvvəl deyib.
O bildirib ki, Avropa Komissiyası bu məsələ ilə bağlı 4 istiqamətdə işləyir: "İşimizin 4 istiqaməti var: tələbin azaldılmasının stimullaşdırılması, üzv dövlətlər arasında həmrəyliyin təmin edilməsi, qaz qiymətlərinə müdaxilə və qazın birgə alışının asanlaşdırılması".
Aİ komissarı deyib ki, bu addımlar enerji qiymətlərini məhdudlaşdıracaq və tədarükün təhlükəsizliyini təmin edəcək.
"Biz hərtərəfli konsensusa əsaslanaraq birlikdə hərəkət etməliyik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








