
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkədə səfərdə olan Moldovanın Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.
ANmedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün potensial vurğulanıb. Ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib.
N.Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Baş nazir Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib.
Tərəflər iqtisadi-ticarət əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








