
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.
ANmedia.az bildirir ki, bu barədə  ADY-dən bildirilib. Məlumata görə, dəyişikliklə bağlı müşahidələr aparılıb, o cümlədən sərnişinlərin rəyləri öyrənilib. Qatarların qrafikində dəyişiklik sözügedən istiqamətdə sərnişin sıxlığını qismən aradan qaldırıb: “Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








