Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə regional təhlükəsizlik məsələlərinin parlament formatında müzakirəsi təklifini dəstəkləyib.
ANmedia.az APA-nın məlumatına istinadən bildirir ki, bu barədə Dumanın rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib
"Görüşdə Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə parlament formatı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təşəbbüsü ilə çıxış edib. Vyaçeslav Volodin bu təklifi dəstəkləyib", - deyə məlumatda qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin