
ANmedia.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların andiçmə mərasimində deyib.
O bildirib ki, işğaldan azad edilən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin dayaq məntəqələri, yanğınsöndürən qrupları, xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları 24 saat fəaliyyət göstərir: "Onlar həmin ərazilərdə baş verən bütün hadisələrə dərhal reaksiya verir. FHN mina təmizləmə əməliyyatlarında da iştirak edir. Füzuli və Ağdam istiqamətində FHN-nin xüsusi qrupu minatəmizləmə əməliyyatları həyata keçirir. 4 mina təmizləyən robot alınıb. Yeni texnikalar da alınacaq və biz yeni əraziləri minadan təmizləyəcəyik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin