ANmedia.az xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
O bildirib ki, erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14.724 əmlaka təxminən 47.503.911 manat maddi ziyan dəyib:“Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq hava limanı da yönəlib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin