“Ermənistan tərəfinin mövqeyi Azərbaycana qarşı törətdiyi cinayətləri inkar etməkdir”.
ANmedia.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.
O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərə yanaşması bu cinayətləri törətməməsi ilə bağlıdır: “Təbii ki, bu və ya digər faktların araşdırılmasını Azərbaycan beynəlxalq təşkilatlardan tələb edir. Amma Ermənistana münasibətdə biz beynəlxalq təşkilatlar tərəfindən Ermənistan cinayətlərinə qarşı oxşar mövqeyi görmürük. Xocalı kimi cinayətləri görərək buna reaksiya verməmək nəinki ikili, həm də üçlü, dördlü standartlardan xəbər verir. Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Təəssüflər olsun ki, biz qarşı tərəfdən bunu görmürük. Ermənistanın 30 ildən çox davam edən cinayətləri araşdırılmalı, buna reaksiya verilməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin