Hazırda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezident olmaq üçün 30 milyon manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.
ANmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması deməkdir.
"Sənaye Parkının ilk rezidenti "KAMAZ Lizinq Azərbaycan" MMC artıq tikinti işlərinə başlayıb. Bu gün Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investiya imkanlarına malik park egionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır", - deyə o, qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin