
Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri geniş miqyas alıb.
ANmedia.az Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən APA-ya verilən xəbərə istinadən bildirir ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Belə ki, 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.
Ümumilikdə ötən dövrdə 12 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 500 müharibə əlili avtomobillə təmin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin