Azərbaycanın maliyyə texnologiyaları bazarında 25-dən çox iştirakçı var və həmin bu oyunçuların əsas fəaliyyət istiqamətləri onlayn ödəniş platformaları, elektron pul qabları, özünəxidmət köşkləri və şairdir.
ANmedia.az xəbər verir ki, bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov deyib.
Onun sözlərinə görə, şirkətlərin təxminən 55,6%-i Azərbaycanda artıq zərərsizlik nöqtəsini keçmiş şirkətlərdir. "Bu şirkətlərin təxminən 11%-i məhsulun hazırlanması səviyyəsindədir, 44%-i inkişaf etməkdədir və təxminən 4-5%-i inkişaf edib bazarda oturuşmuş şirkətlərdir. Bazarda olan şirkətlərin təxminən 20%-i xaricdə fəaliyyət göstərən şirkətlərdir və yaxud xarici şirkətlərin Azərbaycanda nümayəndəlikləri qismində mövcuddurlar",- deyə Ruslan Talıbov qeyd edib.
Deputat: “Real sektorun inkişafı üçün Bank Məcəlləsinin qəbul edilməsi vacibdir” Azərbaycan qarşıdakı 4 ildə 4 milyard 843 milyon manat borc qaytaracaq Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 22%-dən çox artıb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin