ANmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov APA-ya verdiyi məlumata istinadən xəbər verir.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl biçilib. 70 min hektar sahədə isə payızlıq taxıl əkini nəzərdə tutulub."Ermənilər işğaldan azad olunmuş ərazilərdə ekoloji fəlakət yaradıb, əkinə yararlı torpaqlar deqradasiyaya uğradılıb. Torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması istiqamətində işlər aparılır, o cümlədən bölgələrə uyğun taxıl sortlarının seçilməsi həyata keçirilir", - deyə İ.Cümşüdov qeyd edib.
Onun sözlərinə görə, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, o cümlədən Laçının bir hissəsində bu il taxıl əkilib. Ərazilərin minalardan təmizlənməsi işləri genişləndikcə, məskunlaşma artdıqca taxıl əkininə ayrılan sahələr 100 min hektara kimi artırılacaq.
İ.Cümşüdov əlavə edib ki, bu il taxılla yanaşı pilot olaraq şəkər çuğunduru da əkilib: "Qubadlı rayonunda "Azərşəkər" tərəfindən şəkər çuğunduru əkilib. Noyabr ayında yığım başlayacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin