
İşğaldan azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiqlənib.
ANmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetinin həmin Qərara dair izahında bildirilib ki, Qərar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.
Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcəkdir.
Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








