2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanunla bir sıra qanunlarda əlillik dərəcələri ilə bağlı dəyişikliklər edilib.
ANmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib ki, həmin dəyişikliklərə əsasən “I, II, III dərəcə əlillik” sözləri müvafiq olaraq “orqanizmin funksiyalarının müvafiq olaraq 31-60, 61-80, 81-100 faiz pozulmasına görə əlillik” sözləri ilə əvəz edilib. Həmçinin “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilib.
Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilərək uyğunlaşdırma aparılması zərurəti yaranıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin