Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
ANmedia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.
Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin