Icbari Sığorta Bürosu (İSB) “Azsığorta” ASC-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) növü üzrə icazəsinin ləğv edilməsini və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.3-cü maddəsinin tələblərini nəzərə alaraq, həmin şirkətin bu növ üzrə müqavilələrinin Büronun informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsini dayandırıb.
ANmedia.az İSB-dən verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 15 sentyabr 2022-ci il tarixindən şirkətin AVSMMİS növü üzrə icazəsini “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv edib.
Həmçinin Qanunun 105.4-cü maddəsinə müvafiq olaraq Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya əlaqədar müqavilələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin