Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.
ANmedia.az BAKU.NEWS-a verilən məlumata istinadən xəbər verir ki, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib. 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 3 minatan,1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500-dən çox döyüş sursatı qənimət kimi götürülüb.
Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb.
Bildirilib ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb.
Ermənistan tərəfinin 450 nəfərədək canlı qüvvə itirdiyi qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin