Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib.
ANmedia.az Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata istinadən xəbər verir ki, baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-vıQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasının təmin olunması məqsədilə qəbul edilib. Bu Qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyənləşdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin