Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.
ANmedia.az Qırğız KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın deputatı Əlişir Kozuyev jurnalistlərə bildirib.
Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər.
Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin